GeoTotal

Tikintidə geodeziya nəzarəti və autsorsinq

Tikinti ölçmələrinə geodeziya nəzarəti

Geototal MMC tikinti layihələrində geodeziya işlərinə peşəkar nəzarət xidmətləri təqdim edir. Tikinti sahəsində aparılan ölçmələrin layihə sənədlərinə uyğunluğu mütəmadi olaraq yoxlanılır. Oxların çıxarılması, hündürlüklərin ötürülməsi və əsas konstruktiv elementlərin dəqiqliyi nəzarətdə saxlanılır. Bu yanaşma tikinti zamanı yaranan texniki səhvlərin qarşısını almağa kömək edir.

Tikinti ölçmələrinə geodeziya nəzarəti

Geodeziya işlərinin autsorsinqi

Geototal MMC geodeziya işlərini tam şəkildə autsorsing əsasında həyata keçirir. Müştərilərimiz daimi geodeziya heyəti saxlamadan, bütün ölçmə və nəzarət işlərini bizə etibar edə bilirlər. Sahədə aparılan bütün geodeziya işləri müvafiq normativ və standartlara uyğun icra olunur. Bu model xərclərin optimallaşdırılmasına və iş prosesinin daha çevik idarə olunmasına imkan yaradır.

Geodeziya işlərinin autsorsinqi

Risklərin və resursların idarə olunması

Geodeziya nəzarəti və autsorsing xidmətləri tikinti prosesində dəqiqliyi və etibarlılığı artırır. Layihə üzrə risklər azalır və icra mərhələsində gecikmələrin qarşısı alınır. Geototal MMC ilə əməkdaşlıq tikinti şirkətlərinə vaxt və resurslara qənaət etməyə imkan verir. Nəticədə layihələr daha keyfiyyətli və plan üzrə icra olunur.

Crescent layihəsində gördüyümüz işlər · Crescent layihəsində geodeziya nəzarəti necə aparılır?

Risklərin və resursların idarə olunması

Layihənizi müzakirə edək

Müraciətdə layihənin yerini, görüləcək işi və ehtiyacınız olan nəticəni qeyd edin. Uyğun xidməti seçərək sorğunuzu göndərə bilərsiniz.