Port Baku Towers - Pasha Construction - GOK YAPI
Port Baku Tower layihəsində görülən geodeziya və topoqrafiya işləri
-
Tikinti sahəsi üzrə geodeziya ölçmələri:
Qüllə tikintisi üçün ərazinin planlaşdırılması məqsədilə
koordinat və hündürlük göstəricilərinin dəqiq müəyyən edilməsi.
-
Qüllə binasının layihə üzrə çıxarılması:
Yüksək mərtəbəli bina üçün əsas oxların çıxarılması,
layihəyə uyğun yerləşdirilmənin təmin edilməsi.
-
Şaquli ox və hündürlük nəzarəti:
Mərtəbə-mərtəbə tikinti prosesində binanın
şaquli vəziyyətinin və hündürlük dəqiqliyinin yoxlanılması.
-
Dəmir-beton karkas üzrə geodeziya nəzarəti:
Bünövrə, kolonlar, nüvə divarları (core walls),
kiriş və döşəmələrin quraşdırılması zamanı ölçmə işlərinin aparılması.
-
İcra ölçmələri və yekun sənədləşmə:
Tikinti prosesi üzrə icra ölçmələrinin aparılması
və yekun icra planlarının hazırlanması.