Qarabağ zonası Xocavənd rayonu Hadrut qəsəbəsinin bərpası - SP Architects
Qarabağ zonası Xocavənd rayonu Hadrut qəsəbəsinin bərpası çərçivəsində görülən işlər
- Hadrut qəsəbəsinin bərpası və yenidənqurma layihəsinin hazırlanmasında iştirak edilmişdir.
- Qəsəbə ərazisində dağılmamış mövcud tikililərin yüksək dəqiqlikli topoqrafik planalması həyata keçirilmişdir.
- Hadrut qəsəbəsi ərazisində Matrice 350 RTK dronu və Zenmuse L2 LiDAR kamerası vasitəsilə yüksək dəqiqlikli geodeziya və aerolazer ölçmə işləri icra olunmuşdur.
- Qəsəbənin mövcud relyefi və vəziyyəti rəqəmsal formada çıxarılmış, genişmiqyaslı topoqrafik planalma işləri aparılmışdır.
- Toplanmış məlumatlar DJI Terra proqram təminatında emal edilərək səthin təsnifatı, rəqəmsal yer modeli (DTM/DSM) və detallı 3D model hazırlanmışdır.
- Əldə olunan nəticələr layihələndirmə və bərpa işləri üçün rəqəmsal topoqrafik planlar şəklində təqdim edilmişdir.