Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu - KALYON RSY
Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu
-
Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun tikintisi çərçivəsində, yolun
0+000–85+000 km və 100+000–120+000 km piketaj sahələrində geodeziya istinad nöqtələri
seçilmiş, yerində möhkəmləndirilmiş və daimi nişanlarla bərkidilmişdir.
İstinad şəbəkəsinin sxemi tərtib edilmiş və ölçmə işlərinə hazırlıq görülmüşdür.
-
Qurulmuş geodeziya istinad məntəqələrində müasir GNSS avadanlıqları ilə statik ölçmələr
aparılmış, müşahidələr toplanmış və ofis şəraitində emal edilərək koordinatların
dəqiqliyi və etibarlılığı yoxlanılmışdır. Ölçmə nəticələri mövcud geodeziya əsasına
bağlanmış və şəbəkənin bağlanma səhvlərinə nəzarət edilmişdir.
-
Alınmış koordinatlar əsasında marşrut üzrə nivellerləmə və icra ölçmələri həyata
keçirilmiş, hündürlük əsasları dəqiqləşdirilmiş və yolun layihələndirmə və tikinti
mərhələlərində istifadə üçün geodeziya təminatı yaradılmışdır. Görülən bütün işlər
qüvvədə olan texniki norma və tələblərə uyğun şəkildə sənədləşdirilmişdir.
