Horadiz–Ağbənd dəmir yolu layihəsi - KALYON RSY
Horadiz–Ağbənd dəmir yolu layihəsi çərçivəsində geodeziya və topoqrafiya işləri
- Horadiz–Ağbənd dəmir yolu layihəsi çərçivəsində tərəfimizdən geodeziya və topoqrafiya işləri yerinə yetirilmişdir. İlkin mərhələdə ərazidə müfəssəl topoqrafik syomka aparılmış və relyefin öyrənilməsi üzrə ölçmə işləri icra olunmuşdur.
- Syomka zamanı mövcud relyef, hündürlük nişanları, mühəndis kommunikasiya xətləri, mövcud tikililər və digər yerüstü obyektlər müəyyən edilərək xəritələşdirilmişdir. Toplanmış məlumatlar layihələndirmə məqsədləri üçün təqdim olunmuşdur.
- Həmçinin geodeziya istinad məntəqələri qurulmuş, plan və hündürlük əsasları yaradılmış, tikinti prosesində istifadə olunması üçün koordinat bazası formalaşdırılmışdır.